oikos BakuAzerbaijani Page
Main Menu

    Azerbaijani Page


    oikos təşkilatı dünya tələbələri tərəfindən idarə olunan əsası 1987 ci ildə İsveçrənin St.Gallen universitetində qoyulmuş və əhatə dairəsi daima genişlənən beynəlxalq təskilatdır.Təskilatın 21 dan cox ölkədə 40 dən cox yerli söbələri fəaliyyət göstərir. Oikos beynəlxalq birliyinin 2500 tələbə s və 3000-dən çox məzun olmuş şəxslərdən ibarət profesional komandası mövcuddur və bu komandanın təsir əhatəsi 50000 tələbə və gənci əhatə edir.oikos davamlı dəyişiklik faktorunun təşviqi üçün aparıcı istinad nöqtəsidir. oikos Bakı təşkilatı da bu məqsədlə yaranan təşkilatlardan biridir ve məqsədimiz dayanıqlı iqtisadi insikisaf, sahibkarlıq, ekologiya, enerji təhlükəsizliyivə sosial tərəqqi mövuzları altında gəncləri bir araya toplamaq, interaktiv mərkəzlər yaratmaq, sosial-ictimai tədbirlər, kiçik sahibkarlıq lahiyələri, biznes və innovativ yeniliklər üzrə proqramlar formalaşdırmaq və tədris proqramlari həyata keçirməkdir.Təşkilatın şəbəkəsi bütövlükdə Avropanı ,Şimali Amerikanı ve Asiyanı əhatə edir.

    Təşkilat UBS, UNDP, WWF, SNSF və s kimi dünya miqyaslı donor və əməkdaşları mövcuddur. Bizim diqqət yetirdiyimiz məsələlərdən biridə gələcəyin liderlərinə sabahın qərarverici şəxslərinə düzgün dayanıqlı inkişaf yolunu aşılayaraq onları yetiştirmək və planetimizin növbəti yüzilliklər üçün insan kapitalının təməlini qoymaqdır.oikos Bakı dövrümüzün tələbələrini idarəçilik qabiliyyətləri eləcədə sosial perspektivlərlə təmin edir onlara öz bilik və bacarıqlarını artırmaq üçün şans yaradır.oikos üzvü adi tələbədən çox fərqlidir. Belə ki oikos üzvü olmaq artıq dünyaya inteqrasiya etmiş gənc olmaq deməkdir. Siz təşkilatın beynəlxalq və yerli dəstəyindən özinkişafınız üçün sərhədsiz dərəcədə yeni imkanlar və dəyərlər əldə edə bilərsiniz. Hər bir uğur şəxsin təməlində olan istək arzu və fəallıqdan yaranır oikos isə bu uğura aparan ən gözəl vasitələrdən biridir.